İraq İsrailin nüvə obyektlərinin beynəlxalq səviyyədə təftiş edilməsini tələb edir. APA-nın "Exo Moskvı" radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu ölkənin xarici işlər naziri Xoşyar Zebari bildirib.
Tehranda keçirilən nüvə təhlükəsizliyinə dair konfransda çıxış edən Zebari qeyd edib ki, İsrailin nüvə proqramının yalnız beynəlxalq ictimaiyyətin nəzarəti altında reallaşdırılmasının mümkün olduğunu bildirib.
Nazir onu da bildirib ki, onun ölkəsi Yaxın Şərq regionunun tamamilə nüvəsizləşdirilməsini istəyir.
Qeyd edək ki, İsrail nüvə silahına malik olduğunu etiraf etməsə də bu ölkə qeyri-rəsmi olaraq nüvə ölkələrinə aid edilir.