BMT-nin Mühəndis-Texniki Təminat Bürosunun beş əməkdaşı itkin düşüb.
Bakı-APA. BMT-nin Mühəndis-Texniki Təminat Bürosunun beş əməkdaşı itkin düşüb. APA-nın məlumatına görə, BMT-nin Kabildəki missiyası itkin düşmüş əməkdaşların yerini müəyyənləşdirə bilmədiklərini açıqlayıb. Hazırda BMT missiyası əfqan polisinin köməyi ilə axtarışları davam etdirir. İlkin versiyaya görə, BMT əməkdaşlarını "Taliban" qruplaşması girov götürüb. "Taliban" bir qayda olaraq xarici vətəndaşları ABŞ və Əfqanıstan həbsxanalarında yatan qruplaşma üzvləri ilə dəyişmək məqsədilə girov götürürlər.