İsraildə rüşvət almaqda şübhəli bilinən Qüdsün keçmiş meri Uri Lupolyanski həbs edilib.
İsraildə rüşvət almaqda şübhəli bilinən Qüdsün keçmiş meri Uri Lupolyanski həbs edilib. Uri Lupolyanski rüşvət alaraq Qüdsün cənub-qərbində Holilend yaşayış kvartalının salınmasını dəstəkləməkdə günahlandırılır.
APA-nın məlumatına görə, istintaq ümumilikdə Lupolyanskinin 1996-2006-cı illərdə 3 milyon şekel (700 min dollardan çox) məbləğində rüşvət aldığını iddia edir.