Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Abul Ğeytin mayın 24-25-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Əhməd Abul Ğeytin Azərbaycanın baş naziri Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. E. Məmmədyarovla görüşdən sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır.