Camaat namazına imamlıq edən şəxsin ədalətli olmasının ölçüsü nədir? İmam-camaatın ədalətli olmasını yoxlamaq üçün nə qədər dərinə getmək lazımdır?
Ədalətin meyarı budur ki, insan ona vacib olan hökmləri yerinə yetirsin və haram olan əməlləri etməsin. Həmçinin, bəzi alimlər kiçik günahlarda israr etməməyi də şərt biliblər. İmam-camaatın ədalətli olub-olmadığını bilmək üçün vasvasılıq etmək lazım deyil. Bu məsələdə zahirə əsasən hökm etmək yetərlidir. Yəni əgər imam-camaatın zahiri əməllərindən yuxarıdakı keyfiyyətlərə malik olması bilinərsə və onu tanıyanlar da onun haqqında müsbət fikir söyləyərlərsə, bu qədər kifayət edər. Əgər adam imam-camaatın əvvəllər ədalətli olduğunu bilirdisə, amma indi ədalət sifətinin onda qalıb-qalmadığını bilmirsə, yenə ona iqtida edə bilər.