Orucun kəffarəsi hər günə görədir, yoxsa oruc tutulmamış bütün günlərin əvəzinə bir kəffarə kifayətdir?
Oruc kəffarəsi oruc tutulmamış hər günə görədir. Yəni hər üzrsüz oruc tutulmamış günə görə ya 60 gün oruc tutmaq (31 günü ardıcıl olmaqla), ya 60 nəfər fəqiri bir dəfə yeməklə doyuzdurmaq və ya onların hər birinə təqribən 750 qram miqdarında ərzaq vermək lazımdır. Əgər bir neçə gün üzrsüz yerə oruc tutulmayıbsa, hər günün sayı qədərə bunlar təkrar olunmalıdır. Kəffarənin hansı hallara şamil olduğunu risalə kitablarından dəqiqləşdirmək lazımdır.