Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Semen İxiilov İsraildə əməliyyat olunacaq.
APA-nın "İzRus" portalına istinadən yaydığı məlumata görə, İsrailin Hadera şəhərində Heydər Əliyev adına parkın açılışı ilə bağlı səfərdə olan İxiilovun səhhəti qəflətən pisləşib. O, Tel-Əvivin "Soraski" klinik mərkəzinin kardioreanimasiya şöbəsinə yerləşdirilib. Ürək klapanlarından birində problemi olan Semyon İxiilovun bu həftə əməliyyat olunacağı gözlənilir.