Əli gözlərini açanda ətrafa sükut çökmüşdü. Bir anlıq da olsa özünü rahat hiss etdi. Amma ayağındakı ağrı onu çox rahatlanmağa qoymadı. Qaranlıq otaq, soyuq və nəm döşəmə üzərində uzanmışdı. ətrafa nəzər saldı. Amma deyəsən buranın pəncərəsi də yox idi. Bir anlıq öz-özünə düşündü. Bəlkə mən ölmüşəm. Bura da cəhənnəmdir. Yox ola bilməz. Axı cəhənnəmdə od var istidir. Bura isə soyuqdur. Yoxsa qəbirdəyəm. İlahi mən ölmüşəm. Əlləri ilə bədəninə toxundu. Yox əynində paltarı var idi. Birdən yadına düşdü ki, cibində balaca fənəri var. Amma onu da yerində tapmadı. Xatırlamağa çalışdı Əli olanları.
Döyüş meydanında alovun içərisindən bir əsgər yoldaşını çıxardı. Komandiri yaralanmışdı. Ona tərəf getdi. Sonra, sonra... Aha yadına düşdü deyəsən. Komandiri də səngərə gətirdi. Yarasını sarıdı. Sonra nə oldu görəsən. Əli nə qədər xatırlamağa çalışdısa da bir nəticə olmadı. Amma dayan deyəsən yadına düşür axı. Ayağına güllə dəydi, sonra nə oldu ay Allah özün kömək ol. Hə... Əhmədi də gördüm. Qucağıma aldım. Amma yıxıldım.
Qarnına dəyən təpik Əlini xəyallardan ayırdı. Bir-birinin ardınca dəyən təpik və yumruqları nə isə dəmir parçası əvəzlədi Əli yenidən özündən getdi. Bir neçə saatdan sonra özünə gələndə yenidən eyni mənzərənin şahidi oldu. Həmin yer, həmin şəkildə yerində qalıb. Əli yenidən düşündü. Amma harda olduğunu başa düşə bilmirdi. Axı nə oldu? Onu kim döyürdü? Ümumiyyətlə bura haradır? Onu bura kim gətirib? Suallar içərisində cavablar axtaran Əli birdən ətrafın işıqlandığı gördü. Bura dörd tərəfi bağlı olan bir otaq idi. Başının üstündə 3 nəfər dayanmışdı. Ona nifrət dolu baxışlarla baxırdılar. Üzlərində olan ifadədən hiss olunurdu ki, bu dəqiqə onun qanını belə içməyə hazırdırlar.
- Ara vur bu it oğlunu. Ortada dayanmış yekəpər adam yanındakına işarə etdi. Bir-birinin ardınca dəyən təpik zərbələri Əlini huşdan çıxarsa da o özünə gəlirdi. Sonda qəsdən özünü huşunu itirmiş kimi üzüstə yerə atdı. Bu görən 3 nəfər dayandılar.
- Birdən ölər ha.
- Cəhənnəmə ölsün. Yer üzündən bir türk də azalar. Bunun nəyi pisdir.
Artıq Əli harda olduğunu anlamağa başladı. O, düşmənə əsir düşmüşdü. Öz-özünə düşündü. Bəs sonuncu patron? Niyə onu istifadə edə bilməyib? Başının üstündəki, hənirti artıq yox idi. Deyəsən getdilər. Əli üzünü çevirdi. Həqiqətən də bayaqkı 3 nəfər yox idi. Amma işıq yanırdı. Ətrafa nəzər saldı. Dörd tərəfi daş olan zindan idi bura. Yenə sonuncu patron haqqında düşünməyə başladı. Mən onu hara qoydum? Allahım yardım et. Məni belə vəziyyətdə tək qoyma. Paltarları əynində idi. Deyən ancaq ciblərini soymuşdular. Kəmərin altında olan gizli cibi yoxladı Əli. Aha deyəsən burdadı. Sanki uşaq kimi sevindi Əli. Avtomat gülləsini ovcunun içinə sıxdı. Amma birdən sanki yuxudan oyandı. Bəs silah? Onu hardan tapacam? Əlləri boşaldı. Amma gülləni yenə əvvəlki yerinə qoydu.
Xəyalı bir anlıq onu doğma yurduna, kəndlərinə, böyüyüb boya başa çatdığı həyətlərinə apardı. Həyətlərindəki səkinin üzərində başı anasının qucağına qoymuşdu. Anası isə yun corab toxuyurdu. Arabir isə Əlinin başına sığal çəkirdi. Birdən həyətlərindəki it hürdü. Deyəsən gələn var idi. Əli başını qaldırdı.
Gözlərini açdı. Ancaq birdən hər tərəf yenidən qaranlığa büründü. Deyəsən başına torba keçirmişdilər. O, Hiss etdi ki, yerlə sürünür. Bir neçə dəqiqədən sonra ayağında olan yara harasa möhkəm dəydi. Ağrıdan Əli yenə huşunu itirdi...
Gözlərini açanda özünü yenə yerdə uzanmış vəziyyətdə hiss etdi. Amma deyəsən hərəkət edirdi. Hə o maşındadır. Tərpənmək istədi. Bədənində olan ağırlıqdan hərəkət edə bilmədi. İçəridə kəskin benzin iyi var idi. Mən hardayam? Bura haradır? Nəhayət ki, bayaqdan bəri onu düşündürən suala cavab tapdı. Deyənə o maşının yük yerindədir. Görəsən indi hara aparırlar...
Yük yerinin qapağı açılanda qarşısında yenə də bir yekəpər adam gördü. Amma bu zənci idi. Mən Afrikadayam. Zəncinin burda nə işi var. Nə tez Afrikaya apardılar?
Amma bayaq gördüyü saqqalı adam yenə peyda oldu. Əli ilə Əlini yenə düşürməyi zənciyə işarə etdi. Bir anın içində Əli özünü nəm torpaqda hiss etdi. Saqqallı kinayə ilə:
- Hə türk it oğlu hələ ölməmisən? Canınız it canıdır sizin ölən deyilsiz. Amma bax gör sənə nə göstərəcəyəm.
Əli ətrafa nəzər saldı. Yanında zənci və saqqallı adamdan başqa 4 nəfər də dayanmışdı. Bura ona yaman tanış gəlirdi. Sağa baxanda məscid gördü. Aman Allah bura ki, Şuşadır. Məscidin yanındakı həyət... evimiz... Əli sevindi. Axır ki, deyəsən onu evlərinə gətirmişdilər. Amma yenə də bir an içində sevinc ifadəsi üzündən yox oldu. Axı Şuşa işğal olunmuşdu.
- Hə türk it oğlu. Tamaşaya baxmaq istəyirsən? Onda bax. Gətirin onu bura.
Yaxınlıqdakı 4 nəfərin ikisi onu sürüyə-sürüyə məscidin içərisinə apardılar. Aman Allah buranı nə hala salıblar. Allah evini necə dağıdıblar. Bir-birinin ardınca saqqallı adam və zənci də daxil olmaqla o biri 4 nəfər də bura toplaşdı. Onlar 6 nəfər idilər Əli isə tək və yaralı. Amma o ölümdən qorxmurdu. Düşünürdü ki, yəqin onu burda öldürəcəklər. Lakin adamlardan biri məscidin arxa otağına keçdi. Bir dəqiqədən sonra qadın qışqırığı ətrafa yayıldı. Məscidin ortasına 18 yaşında bir qızı sürüyə-sürüyə gətirdi həmin adam. Qorxudan gözləri bərəlmiş, rəngi qaçmış qız yalvarırdı.
- Dəymiyin mənə. Yalvarıram, xahiş edirəm dəyməyin mənə. Öldürün amma toxunmayın mənə.
Əli qarşısındakı mənzərəni görəndə dəhşətə gəldi. Bu ki, azəri qızıdır. Onlar neyləmək istəyirlər. Qalxmaq istədi. Amma qüvvəsi çatmadı.
Qızı məscidin düz ortasına gətirdilər. yalvarışlara məhəl qoymayaraq onu soyundurub zorladılar Əlinin gözləri qarşısında. Bir-bir təcavüz etdilər azəri qızının namusuna. Əli var qüvvəsini toplayıb ayağa qalxdı. Bunu görən ətrafdakılar bir anlıq dayandılar.
- Ara deyəsən bu türk köpək oğlunun qeyrəti cuşa gəlib axı? Ha... ha... ha...
Ətrafı qorxunc gülüş səsləri bürüdü.
- Ara bəlkə bizi vurmaq istəyir. Gəlsin vursun da baxaq. Bax onun bacısını necə salmışıq....
Dığalardan biri Əliyə yaxınlaşdı. Əli ətrafa baxdı. Əlində heç nə yox idi. Amma düşmənin silahları da bir qədər aralıya atılmışdı. Onun qarşısında duran adamın isə kəmərində bir bıçaq görünürdü. Əli ona kinayə ilə baxan dığanın gözlərinə baxdı. Onun qəzəbinə görən düşmən bir anlıq özünü itirdi. Elə bu an tiyəsinə qədər ürəyinə saplanan bıçağı gördü. Əli gücünü toplayıb silahlar olan tərəfə qaçdı. Avtomatlardan biri götürüb atəş açdı. Budur iki nəfər artıq yerdədir. Zənci də tir-tap oldu. Əli yenə atəş açdı. Biri də yerə sərildi. Amma saqqalı adam hələ qalmışdı. Əli avtomatı ona tərəf tuşladı.
- Ara elli başına dönüm məni öldürmə. Bir qələtdir eləmişəm.
Əli atəş açdı. Amma güllə qurtarmışdı. Ayağında ağrını hiss etdi. Yerə çökdü. Bunu görən saqqallı adam kinayə ilə gülməyə başladı.
Cibindən tapançanı çıxarıb Əliyə tərəf gəldi.
- Ha türk it oğlu. Siz həmişə sonda bizə uduzmusunuz. Bax indi səni əzabla öldürəcəyəm.
Əlini qəzəb boğdu. Aman Allah bir yol göstər. elə bu an yadına nəsə düşdü. Saqqallı adam atəş açmaq üçün əlini tətiyə yaxınlaşdırdı. Birdən yerə sərildi. Bayaqdan bəri ətrafda olanlara qorxu ilə baxan qız hıçqırtı ilə ağlamağa başladı. Əli kəmərinin gizli cibindəki sonuncu patronunu işə salmışdı. Amma özü də hələ anlaya bilmirdi ki, bu necə baş verdi. Ayağa qalxdı. Qıza yaxınlaşdı. əynindəki əsgər pencəyini çıxarıb qızın üstünə atdı.
- Dur bacı, dur geyin gedək.
Əli hələ də düşünürdü. Axı bu necə oldu? Bəlkə də Allah evində bu cür iyrənclik edənləri cəzalandırmaq üçün Allah özü Əliyə kömək etmişdi...
M.Ə.