Ötən ilin payızından bu kimi 350-yə yaxın dini icma dövlət qeydiyyatına alınıb. 10-dan artıq dini icmanın qeydiyyatından imtina olunub".
nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.
Komitə sədri bildirib ki, qeydiyyatından imtina olunan dini icmalar islam və qeyri-islam yönümlüdürlər. Onun sözlərinə görə, qeydiyyatdan imtinaların hərəsinin öz səbəbi var: "Onların bəzilərinin sənədlər qanunauyğun tərtib olunmayıb".
Bu günlərdə Azərbaycanda qanunsuz dini fəaliyyətlə məşğul olan Türkiyə vətəndaşlarının saxlanması barədə suala isə H. Orucov belə cavab verib: "Qanundankənar hərəkət edənlərə qarşı qanun çərçivəsində münasibət bildirilib və bildiriləcək. Dövlət Komissiyasının öz funksiyaları, hüquq-mühafizə orqanların isə öz səlahiyyətləri var. Bu, daha çox hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aid olan məsələdir".