POPULYARXƏBƏRLƏR

Azərbaycan paytaxtında keçirilən Dini Liderlərin Ümumdünya Sammitində Yekun Bəyannamə qəbul olunub

Bakıda keçirilən Dini Liderlərin Ümumdünya Sammitinin yekun Bəyannaməsi qəbul olunub.

nın məlumatına görə, Bəyannamədə bildirilir: "Biz, Dini Liderlərin Ümumdünya Sammitinin iştirakçıları – 32 ölkədən olan xristian, müsəlman, yəhudi, buddist və induist dinlərinin rəhbərləri və təmsilçiləri dövrümüzün aktual mövzularını, o cümlədən qloballaşmanın dinə və ənənəvi dəyərləri təsiri məsələsini müzakirə etmək üçün Bakıya toplaşmışıq.

İqtisadiyyat, siyasət, hüquq və mədəniyyətin qloballaşması birmənalı proses deyil. Bu, istehsalın, ticarətin, elmin, təhsilin inkişafına, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahələrində ümumi çağırışlara cavabların verilməsində az praktiki səmərə verməyib. Beynəlxalq əlaqələr inanclı insanlara müasir çoxmillətli və çoxdinli cəmiyyətlərdə öz hüquqlarını qorumağa imkan verir. Lakin qlobal proseslərin din sahəsinə təsiri bir çoxları tərəfindən tənqidlə qarşılanır".

Bəyannamədə bildirilir ki, insanın hətta dünya elitalarının xoşuna gəlməsə belə, öz dünyagörüşünü sərbəst şəkildə formalaşdırması, xalqlara isə kimsə "kifayət qədər tərəqqipərvər" hesab etməsə belə öz həyat tərzini qoruyub saxlamaq üçün imkan yaratmaq lazımdır. Sənəddə qeyd olunur ki, qloballaşma dövlətlərin, xalqların və fərdlərin təhlükəsizliyi üçün təhdidləri aradan qaldırmayıb: "Müasir dünyamızda ötən əsrlərdən miras qalan aclıq, sosial qeyri-bərabərlik, ətraf mühitin çirklənməsi, milli-dini zəmində silahlı münaqişələr kimi problemlər hələ də həllini tapmayıb. Əksinə bu problemlərə yeniləri əlavə olunub. Varlı ölkələr daha da varlanmaqda, kasıb ölkələr daha da kasıblamaqdadır. Ümumdünya gəlirlərinin qeyri-bərabər bölünməsi tənqidləri hər gün daha da artırır".

Sənədi imzalayan dini liderlər hesab edirlər ki, əvvəllər ayrı-ayrı regionları təhdid edən terrorizm artıq beynəlxalq xarakter almaqdadır və onunla mübarizə nəzərəçarpacaq dərəcədə çətinləşib: "Dini liderlərin dünyanı yalnız öz gücləri hesabına düzəldə biləcəyini düşünmək düzgün deyil. Onların çağırışları yalnız inanclı insanlara təsir edir. Buna görə də bir çox ölkələrdə nasist ideyaları qadağan olunduğu kimi, dinc insanlara qarşı zorakılığa haqq qazandıran dini-siyasi doktrinalar da qadağan edilməlidir".

Yekun Bəyannamədə qeyd olunur ki, bu gün dünya üçün ən böyük təhlükələrdən biri hər il milyonlarla insanın həyatına son qoyan narkomaniya problemidir: "Beynəlxalq narkokartellər terror təşkilatlarının prinsipi ilə fəaliyyət göstərərək öz əhatə dairələrini daim genişləndirir və insanların əzabı və ölümü üzərində milyardlarla dollar pul qazanırlar. Terrorçuluqla olduğu kimi narkotik maddələr ticarətinə qarşı da mübarizə ardıcıl, amansız xarakter daşımalı və bütün dünya ictimaiyyətinin gücü ilə aparılmalıdır".

Dünya dinlərinin liderləri Yekun Bəyannamədə işğalçılıq probleminə də yer ayırıblar: "Hər bir ölkənin ərazi bütövlüyü qorumalı, eyni zamanda hər bir xalq azad şəkildə inkişaf etməli, öz taleyi ilə bağlı bütün beynəlxalq qərarların qəbulunda iştirak etməlidir. Meydana çıxan münaqişələr ədalətli, bu münaqişəyə cəlb olunan bütün tərəflərin maraqları nəzərə alınmaqla, beynəlxalq birlik tərəfindən qəbul olunan norma və prinsiplər əsasında əhllini tapmalıdır".




Yerləşdirilib:21 May, 2010  11:20, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com