Bakıda keçirilən Dünya Dini Liderlərinin Ümumdünya Sammiti çərçivəsində YUNESKO yanında Din Xadimlərinin Məşvərət Qrupunun ilk iclası olub
APA-nın xəbərinə görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill, digər ölkələrin din xadimləri, eləcə də YUNESKO-nun regional nümayəndəsi Dendev Badarc iştirak edib. Toplantında qrupun fəaliyyəti və nizamnaməsi ilə bağlı təkliflər irəli sürülüb və YUNESKO nümayəndəsinə təqdim olunub.
Qeyd olunub ki, təkliflərə tez bir zamanda YUNESKO-da baxılacaq və cavab veriləcək.