Şəriətə qaydalarına görə, faiz haram olduğu üçün bu qaydalarla işləyən banklarda kreditlər faizsiz ayrılacaq, ancaq gəlir gətirmək məqsədilə veriləcək
Azərbaycanda ənənəvi banklarla yanaşı şəriət qaydaları ilə işləyən banklar da fəaliyyət göstərəcək. Ölkə qanunvericiliyi belə bankların bu qaydalarla işləməsinə imkan verir. Şəriətə əsasən faiz yəni sələm haram olduğu üçün bu qaydalarla işləyən banklarda kreditlər faizsiz ayrılsa da, ancaq gəlir gətirmək məqsədilə verilir. Bankın qazancı isə müştərinin həmin pul hesabına əldə etdiyi gəlirdən asılı olaraq dəyişəcək.
Bank üzrə ekspert Sahib Quliyev bildirir ki, şəriət bank qanunları ilə Azərbaycan qanunları arasında uyğunluq var. Depozit əməliyyatlarında cari hesab açılır. Cari hesabların açılması zamanı bank tərəfindən faiz verilmir.