POPULYARXƏBƏRLƏR

Azərbaycanda Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirilir

Prezident İlham Əliyev: "Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri qardaşlıq şəraitində yaşayıblar"

Bu gün Azərbaycanda Dünya Dini Liderlərinin Ümumdünya Sammiti başlayıb. APA-nın əməkdaşı sammitdən xəbər verir ki, Gülüstan sarayında təşkil edilən tədbirin açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə açılış nitqi ilə çıxış edərək, bu sammitin Bakıda keçirilməsinin mühüm amil olduğunu, Azərbaycanın dünyadakı nüfuzundan xəbər verdiyini deyib.

Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev də sammiti böyük əhəmiyyətə mailik hadisə adlandırıb: "Bakıda dünya dini liderlərinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter alıb. Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu qardaşlıq şəraitində yaşayıblar. Bu gün bütün dinlərin rəhbərlərinin Azərbaycana gəlməsi mühüm hadisədir. Bu görüşlərin gözəl nəticələri olacaq. Bakının bir növ dinlərarası dialoqun mərkəzinə çevrilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfəsini verir. 20 ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, 10 ilə yaxındır, Avropa Şurasının üzvüdür. Bakı ötən il İslam mədəniyyətinin paytaxtı seçilmişdi. Gün gələcək ki, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcək. Əsrlər boyu bütün dinlərin və millətlərin nümayəndələri Azərbaycanda birgə yaşayıblar. Ölkədə bütün azadlıqlar olduğu kimi, dini azadlıqlar da təmin olunub. Azərbaycanda 1000-dən artıq məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir".

Azərbaycan dövlət başçısı ölkənin qüdrətinin təkcə iqtisadi güclə ölçülmədiyini diqqətə çatdırıb: "Biz istəyirik ki, bölgədə sülh əldə edilsin, heç bir qarşıdurma olmasın. Əminəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti, bu sammitdə qəbul olunacaq sənədlər sülhə, əmin-amanlığa töhfə verəcək. Cəmiyyətdə böyük hörmətə malik olan dini liderlərin sözünə hər zaman böyük ehtiyac olub. Bugünkü tədbirdə səmimi fikir mübadiləsi üçün şərait var. Azərbaycan dünyəvi dövlətdir. Qloballaşma adı altında biz öz milli dəyərlərimizi unutmamalıyıq. Biz qloballaşma dedikdə dünyəvi dostluğu, əməkdaşlığı nəzərdə tuturuq. Qloballaşmaya dair bəzi dairələrdə olan şübhələri götürülməsinə çalışmalıyıq. Biz öz milli və dini dəyərlərimizə sadiqik, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməliyik və edirik. Biz eyni zamanda müasirləşmə yolunda böyük addımlar atırıq. Əminəm ki, bu sammit bəzi problemlərin müzakirəsinə və aradan qaldırılmasına yardım edəcək".

Sonra Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Dmitri Medvedyevin sammit iştirakçılarına təbrik məktubunu oxuyub.

Bunun ardınca QMİ-nin sədri A. Paşazadə çıxış edib. Şeyx deyib ki, tədbirdə, əsasən qloballaşma və din mövzusu müzakirə olunacaq, dini liderlər qloballaşan dünyada dini dəyərlər və dini münasibətlər mövzusu ətrafında fikir mübadiləsi aparacaqlar.

Dağlıq Qarabağ münaqişəsinə toxunan A. Paşazadə sammit iştirakçılarının bu problemdən xəbərdar olduqlarını vurğulayıb: "Biz Ermənistanla münaqişəni aradan qaldırmaq üçün səylər göstəririk. Dəfələrlə ermənilərin katolikosu ilə görüşlərimiz olub. Mən ermənilərin katolikosunun dəvətimizi qəbul edib sammitdə iştirak etməsini mühüm amil kimi qiymətləndirirəm. Biz sülhün tərəfdarıyıq. Əminəm ki, Bakı sammiti bu işə böyük töhfələr verəcək".

Sonra Moskva və bütün Rusiyanın patriarxı Kirill çıxış edib. O, sammitdə bu gün bəşəriyyətin üzləşdiyi problemlərlə bağlı diskussiyaların aparılacağını deyib: "Bugünkü tədbirin mühüm əhəmiyyəti var. Dinin cəmiyyətdə rolu böyükdür".

Dini icmaların cəmiyyətdə sərbəst və azad fəaliyyətinin vacibliyini vurğulayan Kirill terrorçuluğun aradan qaldırılmasının yalnız maarifləndirmə və dinlərarası dialoqla mümkünlüyünü qeyd edib: "Biz çalışmalıyıq ki, dünya dinləri arasında əlaqələr güclü olsun".

Sammit işini davam etdirir.

Qeyd edək ki, tədbirdə 33 ölkədən 220 nümayəndə, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin də iştirak edir.

Sammit sabah başa çatacaq.



Yerləşdirilib:21 May, 2010  11:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com