Laçın Sultanova - APA. Vatikanın Dinlərarası Dialoq üzrə Şurasının rəhbəri, kardinal Jan-Lui Tauran aprelin 25-də Bakıya gəlir. Bu barədə APA-ya Bakı katolik kilsəsinin rəhbəri Vladimir Fekete məlumat verib.
O bildirib ki, səfərin məqsədi aprelin 26-27-də Bakıda keçiriləcək Dünya Dini Liderlərinin sammitində iştirak etməkdir.
V. Fekete onu da qeyd edib ki, sammitdə Vaşinqton kardinalının da iştirakı gözlənilir: "Lakin hava uçuşlarında yaranmış vəziyyətlə bağlı bu səfərin baş tutacağı hələlik dəqiq deyil".