Moskva və Bütün Rusiyanın patriarxı Kirill aprelin 24-də Azərbaycana gələcək.
APA-nın məlumatına görə, bu barədə Bakı və Xəzəryanı Yepiskop Aleksandr Ata bildirib. Kirill Dünya Dini Liderlərinin Bakı Sammitində iştirak edəcək.
Sammit aprelin 26-27-də keçiriləcək. Tədbirdə 40-dan çox ölkədən 300-dən artıq ali qonağın iştirakı nəzərdə tutulur.