Ağ Ev qırğız xalqına dəstək göstərməkdən çox Qırğızıstanın "Manas" aeroportu ərazisindəki hərbi bazanın qorunub saxlanılmasını vəzifəsini güdür. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə bunu Bişkekdəki müvəqqəti hökumətin başçısı Roza Otunbayeva Vaşinqton Post qəzetinə müsahibəsində bildirib.
"Siz bura gəlmisiniz ki, demokratiya qurmaqda bizə kömək edəsiniz. Lakin gözəl günlərin birində, sadəcə bazaya sahib olmaq üçün əllərinizlə ağzınızı yumdunuz", - deyə Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri ABŞ-ın fəaliyyətini nəzərdə tutaraq deyib.
Onun sözlərinə görə, "ən faciəvi günlərdə Qırğızıstan ABŞ-dan heç bir dəstək almayıb və heç bir şəfqət sözü eşitməyib".
"Halbuki, Qırğızıstanda "qəzetlər bağlanıldı, jurnalistlər qətlə yetirildi. Biz çox ağır günlər yaşadıq", - deyə Otunbayeva vurğulayıb.
O ABŞ-ın Kurmanbek Bakiyev hökuməti ilə bu məsələləri müzakirə etdiyini də inkar etməyib.
"Lakin, bu ictimai rejim üçün bağlı baş verib. Bu cür "səssiz siyasət" işləmədi", , Qırğızıstanın sabiq XİN rəhbəri qeyd edib.