"ABŞ-la Rusiya arasında strateji hücum silahları haqqında yeni müqavilənin imzalanması tərəflərin əsl niyyətlərini gizlədən maskaraddan başqa bir şey deyil".
Reuters"-ə istinadən verdiyi məlumata görə, bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejad çıxış edib.
İranda bu günlərdə uranın zənginləşdirilməsi üçün yeni sentrifqaların aşkarlanması barədə danışan İran prezidenti bu cihazların altı atom elektrik stansiyasının funksiya göstərməsini təmin etdiyini vurğulayıb.
"İranın nüvə texnologiyası artıq o dərəcədə yüksək həddə çatıb ki, heç bir dövlət onun inkişafını və sülh məqsədilə istifadəsini əngəlləyə bilməz", - deyə İran lideri bildirib.