POPULYARXƏBƏRLƏR

"Xəlifə" Əbu-Bəkr Bağdadi ABŞ-a işləyir?

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının lideri Əbu-Bəkir Bağdadi haqqında daha bir maraqlı məlumat üzə çıxıb. Suriyadan sonra İraqı da qana bulayan və orada xəlifəlik elan edən "xəlifə" Əbu-Bəkir Bağdadinin 2005-2009-cu illərdə ABŞ məhbusu olduğu məlum olub.

Mövzu ABŞ Dövlət Departamentinin gündəlik mətbuat brifinqində də gündəmə gəlib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki isə məsələ ilə bağlı sualları cavablandırmaqdan yayınıb.

Federal Təhqiqatlar Bürosu (FBİ) tərəfindən başına 10 milyon dollar mükafat qoyulan Bağdadi 20005-2009-cu illərdə – 4 il ərzində Bukka düşərgəsində amerikalıların əlində məhbus həyatı sürüb.

Bağdadinin ən çox axtarılanlar siyahısında olan fotoşəkilinin də elə ABŞ tərəfindən həbs edilərkən çəkildiyi bildirilir.

Bəs görəsən ABŞ tərəfindən "ən təhlükəli terrorçular" siyahısına alınan və uzun illər "əl-Qaidə" terror təşkilatının İraq qoluna rəhbərlik edən, çoxlu sayda terror əməliyyatlarının müəllifi olan Bağdadi necə azadlığa çıxa bilib?

Məlum məsələdir ki, terrorçu qruplaşmalar adətən "səhnəarxası" qüvvələrin maraqlarını ifadə edirlər. Həmin maraqlardan asılı olaraq, bəzi hallarda ələ keçirilən terrorçular fiziki olaraq məhv edilir, bəzən müəmmalı şəkildə yoxa çıxır, bəzən isə yeni layihələrə cəlb edilərək, yeni öhdəliklərlə azadlığa çıxırlar.

Suriya və İraqdakı hadisələri izlədikdə, birdən-birə İŞİD kimi güclü maddi-texniki-həbri resurslara malik yeni bir qüvvənin ərsəyə gəlməsi və az müddətdə böyük əraziləri ələ keçirib İslam xilafəti elan etməsi çoxlu suallar yaradır. Xüsusilə elə bir halda ki, Qərb ölkələri bu terrorçu qruplaşmanın dağıdıcı fəaliyyətinə və "strateji tərəfdaş" adlandırdıqları İraqı viran qoymasına seyrçi münasibəti bəsləyir. İŞİD də öz növbəsində, bütün region dövlətlərini təhdid etdiyi bir halda, Qərbin regiondakı maraqlarına xələl gətirəcək kiçicik bir hərəkətə də yol vermir.

Analitiklərə görə, İŞİD faktiki olaraq regionda ABŞ-ın "Yeni Yaxın Şərq" layihəsinin gerçəkləşməsi üçün münbit şərait yaradır. Həmin plana Suriya və İraqın parçalanması, bölgədə yeni dövlətlərin, o cümlədən də Kürdüstanın yaranması daxildir. Bu səbəbdən də, ABŞ bilavasitə öz hərbi maşınını işə salmadan, İŞİD kimi "işəyarayan" vasitədən məharətlə istifadə edir. Digər tərəfdən, İŞİD-in güclü bir qüvvəyə çevrilməsi ilə, region dövlətlərini daha artıq özündən asılı vəziyyətə salır.

Bütün bu deyilənlər belə bir ehtimalı gücləndirir ki, yeni elan edilmiş İslam xilafətinin lideri Əbu-Bəkr Bağdadi rəsmi Vaşinqtonun işə saldığı yeni layihənin tərkib hissəsidir və o, bu və ya başqa şəkildə elə ABŞ-a işləyir.

E.M.
islam.az


Yerləşdirilib:10 İyul, 2014  16:29, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com