Pakistanın şimal-qərbində keçirilən kütləvi mitinqdə intihar hücumu baş verib.
APA-nın məlumatına görə, kamikadzenin "şəhid qurşağı"nı işə salması nəticəsində ən azı 20 nəfər ölüb, 30 nəfər yaralanıb. Hadisə Xalq Millət Partiyasının Əfqanıstanla sərhəddə yerləşən şəhərlərdən birində keçirdiyi mitinq zamanı qeydə alınıb. Bu bölgədə "Taliban" qüvvələrinin aktivləşməsi müşahidə olunur. Hadisə yerində xilasetmə əməliyyatı aparılır. Hələlik terror aktına görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.