İranda Kərbəla ziyarətindən gələn avtobus Həmədan əyalətində aşıb
APA-nın "İribnews"a istinadən verdiyi məlumata görə, içində 40 zəvvar olan avtobusun aşmasına sürətlə idarə olunma və yolun sürüşkən olması səbəb olub. Həmədan əyalətinin yol polisinin rəisi bildirib ki, hadisə zamanı çoxlu sayda yaralananlar var. Yaralılar təcili yardım maşınlarının köməyi ilə Həmədan şəhər xəstəxanalarına yerləşdirilib. Hadisə zamanı ölənlərin olub-olmaması barəsində məlumat verilmir.