Quranda müsəlmanın 4-ə qədər qadınla evli olmasına icazə verilsə də, Peyğəmbərin (s) həyat yoldaşlarının sayı bundan çox idi. Niyə?
Həzrət Mühəmməd Peyğəmbər (s) bütün İslam hökmlərini tam ciddiyyətlə həyata tətbiq edirdi. Amma uca peyğəmbərlik məqamına görə Allah tərəfindən Ona bəzi özəlliklər verilmişdi. Məsələn, o həzrətə gecə namazı qılmaq fərz idi, həmçinin, başqa müsəlmanlara qoyulan 4 qadınla evlənmək həddi o həzrətə şamil deyildi. Peyğəmbərin çox qadınla evlənməsi nəuzubillah, Onun üçün əxlaqi nöqsan deyildi. O həzrətin Həzrət Xədicədən başqa bütün izdivacları ya siyasi, ya da sosial-mənəvi səbəblərə əsaslanırdı. Zəməxşəri və başqa bəzi alimlərin qeyd etdiyinə görə, Peyğəmbər eyni vaxtda 9 qadınla daimi evlilik halında yaşaya bilərdi. (Əlbəttə, 9 rəqəminin son hədd olması qəti hökm deyil, nəzəriyyədir).