POPULYARXƏBƏRLƏR

İraqın parçalanmasına doğru daha bir addım

2003-cü ildən, ABŞ İraqı işğal etdiyi zamandan bəri dünya mətbuatı Amerikanın “Yeni Yaxın Şərq” projesi haqda müxtəlif məlumatlar yazmağa başladı. Bu yazılar arasında diqqəti çəkən nüanslardan biri Yaxın Şərq ölkələrinin sərhədlərinin dəyişəcəyi, yeni dövlətlərin ərsəyə gələcəyi haqda proqnozlar oldu. Hətta yeni xəritələr də göstərilirdi. Əvvəllər bir o qədər də ciddiyə alınmasa da, zaman keçdikdə bu məsələ müxtəlif analitik mərkəzlərin, regionu araşdıran institutların müzakirə mövzusuna çevrildi.

Üç il öncə Suriyada qanlı olaylara start verildikdə artıq planların gerçəkləşmə mərhələsinə qədəm qoyulduğu, Suriyanın bir dövlət kimi bir neçə hissəyə bölünəcəyi iddiaları aktuallaşdı. Ötən üç il ərzində güclü xarici dəstəyə arxalanan müxtəlif radikal-terrorçu qruplaşmalar Suriyanın müxtəlif regionlarını öz nəzarəti altına almağa nail oldu. De-yure olmasa da, de-fakto Suriya parçalandı. Ölkənin əsas hissəsi rəsmi Dəməşqin nəzarəti altında olsa da, indi şimal və şimal-şərq bölgələri “Nusra”, “İŞİD”, “Azad Suriya Ordusu” eləcə də kürd qruplaşmalarının nəzarəti altındadır.

Suriyada savaşın davam etdiyi bir vaxtda, terrorçu qruplaşmaların İraq ərazisinə soxulması və az müddətdə böyük əraziləri öz nəzarəti altına alması Suriyanın ardınca, İraqın da faktiki parçalanması ilə nəticələndi. Xatırladaq ki, hələ İraqın amerikalılar tərəfindən işğal edildiyi zamandan bəri ölkənin üç yerə bölünəcəyi, şiə, sünni və kürd dövlətlərinin yaranacağı haqda söz-söhbətlər gedirdi. Uzun zamandan bəri İraqın şimalında üç vilayəti əhatə edən kürd muxtariyyatı - “İraq Kürdüstan İqlimi” artıq mövcuddur və rəsmən İraqdan ayrıldığını elan etməsə də, bu qurum faktiki olaraq müstəqil bir dövlət kimi özünü aparır. Məsələn, rəsmi Bağdadla hesablaşmadan, Türkiyə ilə neft sazişləri imzalayır, müxtəlif iqtisadi-ticari müqavilələr bağlayır və s. İraq Kürdüstanı İraq ordusundan kənar öz “peşmərgə” silahlı qüvvələrinə də malikdir və bu ordu ABŞ tərəfindən ciddi şəkildə dəstəklənir. Qeyd edək ki, İraq Kürdüstanı üç kürd vilayətlərilə qane olmayıb, neftlə zəngin Kərkük vilayətinə də iddialıdır və son olaylar nəticəsində bu vilayət də tam olaraq kürd muxtariyyatının nəzarəti altına keçib.

İŞİD-in İraqa təcavüzü və ələ keçirdiyi ərazilərdə yeni dövlət - “İslam xilafəti” elan etməsi artıq İraqın üç yerə parçalanması proqnozlarını reallaşdırmaqdadır. Son olayları bir fürsət kimi dəyərləndirən İraq Kürdüstanının prezidenti Məsud Barzani dünən bəyanatla çıxış edərək, yaxın aylarda kürd muxtariyyatının müstəqilliyi üçün referendum keçirəcəklərini və müstəqil dövlət yaradacaqlarını elan edib. O, bunu onunla əsaslandırıb ki, artıq faktiki olaraq İraqın ərazi bütövlüyü pozulub, ölkə parçalanıb və belə bir şəraitdə kürdlərin də öz dövlətlərini qurmağa haqqı tanınmalıdır.

Beləliklə, referendum mərhələsindən sonra İraqın bir dövlət olaraq rəsmən parçalanması mərhələsinə qədəm qoyulacaq. Proqnozlara görə, ölkənin şimal bölgəsində müstəqil kürd dövləti, mərkəzi bölgədə müstəqil sünni xilafəti, cənub bölgəsində isə müstəqil şiə dövləti olmaqla, İraq üç hissəyə bölünəcək. Amma illərdən bəri “Yeni Yaxın Şərq” projesilə bağlı iddia olunanlar yalnız İraqın parçalanması ilə məhdudlaşmır. Misal üçün, hazırda elan olunan “İslam xilafəti” öz ərazisində İraqın bir hissəsilə bərabər, Suriyanın da müəyyən ərazilərini əhatə edir. Müstəqil Kürdüstanın yaranacağı təqdirdə, Suriya Kürdüstanının da həmin dövlətə birləşdiriləcəyi haqda iddialar səslənir. Hadisələrin belə gedişatı isə bölgədə yeni reallıqların meydana gəlməsini zəruri edir. Proqnozlara görə, bu reallıqlar yeni Kürdüstanla həmsərhəd olan Türkiyə və İranı da öz əhatə dairəsinə almış olur. Başqa sözlə, bu gedişat regionun siyasi xəritəsini ciddi şəkildə təhdid etmiş olur. Bu isə, münaqişələrin hələ tezliklə bitməyəcəyindən, gərginliyin davam edəcəyindən xəbər verir.

E.M.
İslam.az


Yerləşdirilib:2 İyul, 2014  17:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com