Əgər Quranın ilk ayələri məbəs günündə Peyğəmbərə nazil olubsa, Qədr gecəsində hansı hadisə baş verib?
Qurani-kərimin iki cür enməsi olub. Bunları fərqli adlarla “inzal” və “tənzil” adlandırırlar. Hər iki söz eyni kökdən olsa da, “inzal” deyərkən Quranın bütöv şəkildə birbaşa ərşdən yer səmasına və ya Peyğəmbərin qəlbinə endirilməsi, “tənzil” deyərkən isə tədricən, mərhələ-mərhələ, 23 il ərzində mələk vasitəsi ilə Peyğəmbərə çatdırılması nəzərdə tutulur. İnzal hadisəsi Qədr gecəsində baş vermişdir. Yəni həmin gecə Quran ya yer səmasına, ya da Həzrət Mühəmmədin (s) qəlbinə göndərilmişdir. Quranın Qədr surəsində də bu barədə danışılır. Tənzil prosesi isə məbəs (besət) günü Ələq surəsinin ilk 5 ayəsinin gəlməsi ilə başlamış və 23 il davam etmişdir.