POPULYARXƏBƏRLƏR

Elşən Mustafaoğlu: “Quran orucu vacib buyurur”

AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu ANS PRESS-in müqəddəs ramazan barədə suallarına cavab verib. İslam.az həmin müsahibəni oxuculara təqdim edir.

- Müsəlmanlar nə üçün oruc tuturlar? Doğrudanmı bu, ilahi buyruqdur?

- Oruc tutmaq bəşər övladının ən qədim ibadətlərindəndir. Bu, həqiqətən də ilahi buyruqdur və Allah Öz peyğəmbərləri vasitəsilə insanlara ilin müəyyən günlərində oruc tutmağı buyurub. Son ilahi kitab olan Quran da oruc tutmağı vacib buyurur:

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz təqvalı olasınız deyə!” (surə 2, ayə 183).

Ayədən də gördüyümüz kimi, oruc ibadətinin başlıca mahiyyəti insanların təqvalı olması, pis əməllərdən çəkinməsi, saleh əməl sahibi olmasıdır.

 

- Bəs nə üçün məhz Ramazan ayında oruc tutulur?

- Son səmavi kitab olan Qurani-Kərim bəşəriyyətə məhz Ramazan ayında nazil olub. Ramazan ayının fəziləti və orucun bu ayda tutulması məhz bununla bağlıdır.

Quran – insanlara İlahi Mənəviyyat Qanunlarını açıqlayan, həm ayrı-ayrılıqda hər bir şəxsə, həm də bütövlükdə cəmiyyətə, bəşəriyyətə səadət yolunu bəyan edən Allah Kəlamıdır. Allah bu Kitabla insanlara dünya və axirət səadətinin yolunu göstərmişdir. Bu İlahi Kitabın belə bir misilsiz əhəmiyyətə malik olmasından irəli gəlir ki, Allah məhz onun nazil olduğu ayda oruc tutmağı buyurur:

“İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlillərilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ay oruc tutmalıdırlar…” (surə 2; ayə185).

Yəni orucun Ramazan ayında tutulması Quranın bu ayda nazil olması ilə bağlıdır. İmanlı insanlar son ilahi kitabın nazil olduğu ayı xüsusi bir təntənə ilə, xüsusi bir ibadətlə - oruc tutmaqla qarşılayırlar. Bununla da onlarda Quranın buyruqlarına dürüst əməl etməyə sanki bir alışqanlıq yaranmış olur.

 

- Demək orucun Ramazan tutulmasının mahiyyəti həm də Quranın mahiyyətilə əlaqəlidir...

- Tamamilə haqlısınız. Oruc tutmaqla insan nəfsani istəklərə qarşı mücadilə aparıb, mənəvi-ruhani gücü ilə fiziki tələbatlar üzərində qələbə çalmağa doğru addım atır. Bu, iman və təqvanın dünyaya bağlılıq üzərində qələbəsinə aparan ilahi bir yoldur. Belə ki, öz nəfsi üzərində qələbə çalmağı bacarmayan insan həyatda hər şey və hər kəs qarşısında məğlub olar!

Nəfsani istəklərin insan ruhuna hakim olması çox təhlükəlidir. Bu hisslər adamı əsir edir, onu pis işlər görməyə sövq edir. İnsan oruc tutmaqla öz nəfsi ilə mübarizə etməli olur və hissləri müqabilində müqavimət göstərir.

Quran insanları gözəl işlər görməyə və pis işlərdən çəkindirməyə səsləyir. Baxın, insan Ramazan ayında oruc tutduqda, başqa vaxtlarda halal olan bir sıra əməllərdən gün ərzində çəkinir – su içmir, çörək yemir və s. Bununla da insan öz iradəsini və qətiyyətliliyini haram işlər müqabilində elə möhkəmləndirir ki, günah etməkdən çəkinmək onun üçün atrıq bir adətə çevrilir. Beləliklə onun mənəvi immun sistemi güclənmiş olur. Belə ki, Ramazan ayında Allaha görə halal su içməkdən çəkinirdisə, niyə də bu ay bitdikdən sonra haram içkilərdən çəkinməsin? Oruc ikən halal yeməkdən çəkinirdisə, niyə də sonra haram yeməkdən çəkinməsin?

Yemək-içməyi əlbəttə misal olaraq söyləyirəm, yəni insan həyatının bütün sahələrində pis işlərdən çəkinməyə bir alışqanlıq duyğusu qazanmış olur. Oruc tutan şəxs üçün pis işlərdən çəkinmək artıq çətinlik yaratmır. Bax, ayədə oruc tutmaqla bağlı deyilən “Bəlkə (bunun vasitəsilə) təqvalı olasının deyə!” buyruğu da elə bunu açıqlamaqdadır.

 

- Quranın nazil olduğu Ramazan ayında bu ilahi kitabı oxumağın da böyük savabı var, eləmi?

- Əlbəttə, belədir. Bu ay Quranla təmas ayıdır. Amma bu, o demək deyil ki, insan yalnız elə Ramazan ayında Quran oxusun, sonra onu qatlayıb kənara qoysun. Əslində, bu ay Qurana alışqanlıq duyğularını aşılanması üçün gözəl bir fürsətdir.

Bunu da qeyd edək ki, Quran oxumaq dedikdə, yalnız ərəb dilində orijinal mətni oxumaq nəzərdə tutulmur. Hər bir insan öz anladığı, başa düşdüyü dildə də Quranı oxumalı və insanlara səadət yolunu göstərən bu kitabdan öz praktik həyatı üçün faydalanmalıdır. Quranı anlamadan oxumaqla, bu, mümkün deyil.

Bunu da vurğulamaq istərdim ki, bu ayda Quranı yalnız gözümüzlə deyil, əqlimizlə, ruhumuzla və əməllərimizlə oxuyaq...

 

- Bəziləri deyirlər ki, əslində yalnız 3 gün oruc tutmaq vacibdir. Bəziləri isə orucun “əhyalarda” tutulmasının vacibliyini söyləyirlər. Əslində oruc neçə gün tutulmalıdır?

- Əslində oruc bir ay - bütün Ramazan ayı boyu tutulmalıdır. Bu, elə yuxarıda qeyd etdiyimiz ayədə də açıq vurğulanır: “Ramazan ayına yetişən şəxslər bu ay oruc tutmalıdırlar…” (surə 2; ayə185).

Məlum olduğu kimi, Ramazan ayı qəməri təqvimə aid aylarındandır. Qəməri aylar isə, ayın doğub-batması və yenidən doğması dövründən asılı olaraq, 29 və ya 30 gün olur. Ramazan ayının 29-cu günü bitdikdə, əgər gecə yeni ay doğarsa, artıq Ramazan ayı bitmiş hesab olunur və yeni Şəvval ayı girir. Bu halda deməli cəmi 29 gün oruc tutulur.

Yox, əgər 29-cu gün bitdikdə, gecə yeni ay doğmazsa, bu halda Ramazan ayı 30 gün olar və oruc da müvafiq olaraq 30 gün tutular. Beləliklə, ayın doğmasından asılı olaraq, bəzi illər 29, bəzi illər isə 30 gün oruc tutulur.

 

- Son olaraq, saytımızın izləyicilərinə orucluqla bağlı nə demək istərdiniz?

- Demək istərdim ki, Ramazan ayının hər bir günü sanki Allaha doğru yüksələn bir pillədir. Ramazanın hər bir gününü arxada qoymuş insan Rəbbinə doğru bir pillə də yaxınlaşır, ülviliyə doğru yüksəlir. Çalışaq ki, inşallah, bu pillələri müvəffəqiyyətlə qalxıb, ayın sonunda Allaha 30 pillə daha yaxınlaşmış ola bilək.

Səmimi niyyətlə - Allaha yaxınlaşma məqsədilə həyata keçirilən bu ibadət bizi dünya hərisliyindən, dünyaya aşırı bağlılıqdan azad etməyə qadirdir. Bu fürsəti əldən verməyib, daha sıx Allaha sarılaq, Ona sığınaq, Ondan bərk tutub, şərəfli həyat yolumuzu davam edək. Allah adamı olaraq - saflaşaraq, təmizlənərək, ülviləşərək.

Oruclu olduğumuz dodağımızın quru olmasında deyil, əməllərimizin gözəlliyindən hiss olunsun. Və bu ay bitdikdə bu mənəvi alışqanlıq həyatımıza büs-bütün hopsun. Yəni bu mənəvi ucalıq yalnız Ramazanla bitməsin, həyatımız boyu davamlı olsun. Yəni Ramazan ayı bir mənəviyyat məktəbi olaraq bizləri gözəl mənəviyyata sahib, təqvalı bir insan kimi yetişdirmiş olsun.

Sonda, xalqımızı və ümumilikdə, bütün bəşəriyyəti mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik etmək istərdim. Allah bu mübarək ayın ilahi nurunu həyatımızdan əskik etməsin. Allah oruc-ibadətlərimizi və Ona doğru yönələn bütün saf dualarımızı-diləklərimizi qəbul buyursun!

 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına əsasən 28 iyun niyyət axşamı, 29 iyun müqəddəs ramazanın 1-ci günüdür.



Yerləşdirilib:26 İyun, 2014  14:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com