İsrailə məxsus beş tank və iki zirehli buldozer Qəzza sektoruna daxil olub və mərkəz Xan-Yunis şəhərinə doğru hərəkət edir.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, Qəzza sektorunun səmasında İsrailə məxsus pilotsuz vertolyotlar görünür.
Reuters agentliyinin məlumatına görə, ordu fələstinlilərin sektorun sərhədində İsrail əsgərlərinə hücumundan sonra HƏMAS-ın nəzarətində olan əraziyə daxil olub. Hücum nəticəsində iki israilli əsgər həlak olub, iki nəfər isə yaralanıb.