Elmar Məmmədyarov Tehranda keçirilən Novruz şənliklərində iştirak edir
Saadabad hökumət kompleksində keçirilən tədbiri açıq elan edən Mahmud Əhmədinejat hamını yeni ildə "düşmənçiliyi və axmaq fikirləri" kənara qoymağa çağırıb: "Bu işıqlı bayram yenilənmə imkanı verir, yeni ümidlər yaradır".
Bazar günü tədbirlər Şiraz şəhərində davam etdiriləcək. Ali qonaqlar bu şəhərdə fars ədəbiyyatının Sədi və Hafiz kimi dühalarının məzarlarını ziyarət edəcəklər.