İsrail XİN başçısı Aviqdor Liberman Böyük Britaniyanın İsrail diplomatını ölkədən çıxarması barədə qərarından təəssüfləndiyini bildirib.
APA-nın məlumatına görə, Britaniya bu addımı HƏMAS liderlərindən biri Mahmud əl-Məbhuhun Dubayda qətli zamanı "Mossad"ın Britaniya pasportlarından istifadə etməsinə qarşı olaraq atıb. Ölkədən çıxarılmış israilli "Mossad"ın Britaniyadakı rəsmi nümayəndəsidir.
Liberman isə öz növbəsində ingilislərin "Mossad"ın bu işdə əli olmasına dair sübut göstərmədiyini vurğulayıb.