. Bu gün səhər İsrailin Hərbi Hava Qüvvələri Qəza sektorunun Misirlə həmsərhəd ərazisində yeraltı tuneli bombalayıb
APA-nın məlumatına görə, həmin addım bir gün əvvəl İsrail ərazisinin bombalanmasına cavab kimi atılıb. İsrail Müdafiə Nazirliyinin nümayəndələri bombalama faktını təsdiqləyərək vurğulayıblar ki, tunel silah qaçaqmalçılığı üçün istifadə olunub.
Xatırladaq ki, martın 18-də Qəza sektorundan İsrailə raket buraxılması nəticəsində bir nəfər həlak olub. Sonrakı gün İsrailin HHQ-ləri cavab olaraq Qəzadakı 6 hədəf üzrə havadan zərbələr endirib. Bunun nəticəsində iki fələstinli yaralanıb.