Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "İŞİD”in növbəti hədəfi Azərbaycanı seçməsi və Azərbaycanda şəriət hökuməti qurması mövzusu ilə bağlı yerli mətbuata açıqlama verib.
“Azərbaycan dövləti "İŞİD” kimi mənasız və oyuncaq bir təşkilatın yüz dəfə cavabını verə bilən bir ölkədir.
Azərbaycan köklü və qüdrətli bir dövlətdir. "İŞİD” və bu kimi quldur dəstələrindən Azərbaycana heç bir zərər gələ bilməz. O ki qaldı onların Azərbaycanda İslam dövləti qurmasına, bu gülünc bir açıqlamadır.” (http://xeberlent.az/toplum/toplum-xeberleri/aktual/18780-yap-dan-dl-bal-srt-acqlama-muebariz-qurbanl )
Bu mövzuda isə fikirlər birmənalı deyil. Bir sıra ekspertə görə, ölkədə istənilən vaxt kiçik miqyaslı və azsaylı da olsa, terror aktı törədilməsi istisan deyil. Çünki hələ də ölkənin bir sıra yerlərində, xüsusilə də şimal regionunda radikal məzhəb davamçıları dini, ictimai, ticari fəaliyyətlərilə məşğuldur. Həmin insanların isə potensial canlı bomba olması göz qabağındadır.
Onu da qeyd edək ki, son aylar DQİDK və QMİ tərəfindən radikal cərəyanlara qarşı aparılan tədbirlərin dayanması da cəmiyyətdə çaşqınlıq yaradır. İctimaiyyətdə haqlı olaraq suallar yaranır ki, əgər ölkədə radikal dini qruplar problemi var idisə, niyə bu dəstələrin mühüm şəxsləri, ifşa olunmuş strukturları ictimaiyyətə açıqlanmadı. Yox əgər bu cərəyanların şəbəkəsi yox dərəcəsindədirsə, onda DQİDK ilə QMİ-nin səs-küyü nə idi.
İslam.az