İslam.az Qurani-Kərimdən ayələr təqdim edir:
İslamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. “Tövbə” surəsinin 119-cu ayəsində deyilir: «Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun!...»
Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük nemət (Cənnəti) müjdə verir: «Allah buyurdu: Bu, [qiyamət günü] elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları [ağacları] altında çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Bu, [möminlər üçün] böyük uğur və qurtuluşdur!» (“Maidə”, 119)