POPULYARXƏBƏRLƏR

"İslam terrorizmi" kimə hücum edir, Obamanın ata vətəninə, yoxsa İslama?

“İslam” adı ilə törədilən terror aktları və qanlı cinayətlər artıq günümüzün bir reallığına çevrilib

Dünya mətbuatı az qala hər gün dünyanın müxtəlif yerlərində radikal vəhhabilərin qanlı hücumları haqda xəbərlər yayırlar.

Bugünün payıda düşən belə məlumat ABŞ prezidenti Barak Obamanın ata vətəni Keniyadan gəldi: “Somalinin vəhhabi-terrorçu "əş-Şəbab" qruplaşması qonşu Keniyada qanlı terror aktı həyata keçirib. Terror nəticəsində 48 nəfər qətlə yetirilib.”

"Əş-Şəbab" qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Qruplaşma üzvlərinin veb səhifədə yerləşdirilən bəyanatında deyilir ki, silahlılar sahil Mpeketoni şəhərində mehmanxanalara, polis məntəqələrinə, banklara və başqa ictimai obyektlərə hücum ediblər. Öldürülənlərin bəziləri futbol üzrə Dünya Çempionatına baxmaq üçün bir yerə toplaşıblarmış.

Xatırladaq ki, "Əl-Qaidə"yə bağlı radikal islamçı qruplaşma Keniyada çoxsaylı hücumlara görə məsuliyyət daşıyır. Keçən ilin sentyabrında Nayrobidə "İslam" adı ilə ticarət mərkəzində həyata keçirilən hücum zamanı 60-dan çox insan öldürülmüşdü.

Yenə terrorçu vəhhabilər və yenə "İslam" adı ilə qətllər. Ardınca bu cinayətlər haqda xəbərlərin KİV və sosial şəbəkələr vasitəsilə dünyada gündəmə gətirilməsi və geniş yayılması.

Qeyd edək ki, bu hücumların qurbanları əksər hallarda dinc, mülki vətəndaşlar olur. Həm də əksərən elə müsəlmanlar. Lakin müsəlmanlardan daha çox, İslam dininin imici terror qurbanına çevrilmiş olur: “İslam” adı ilə terror aktları törədilir və bu qanlı olaylar dünyanın aparıcı mediasında işıqlandırıldıqda, istər-istəməz İslam adı da hallandırılır. Nəticədə ictimai rəydə dinimiz haqqında mənfi və qorxunc rəy formalaşır.

“İslam” sözünün kökündə “silm” – yəni “sülh” sözü dayansa da, günahsız bir insanın qətli Qurana görə, bütün bəşəriyyətin qətli və böyük günah kimi səciyyələndirilsə də, radikal vəhhabilərin törətdikləri bu qanlı cinayətlər sayəsində İslam dini zorakılığa sövq edən bir din kimi tanınmağa başlayır.

Bu baxımdan, əslində, radikal vəhhabilərin din adı ilə törətdikləri terrorlar məhz İslam və müsəlmanlara qarşı açılmış bir cəbhə kimi xarakterizə edilməlidir. Belə isə, ilk növbədə elə İslam aləmi bu terrorçuluğa qarşı səfərbər olub mübarizə aparmalı, bu tendensiyanın qarşısını almalıdır.

Bütün müsəlman toplumları radikal vəhhabiliyi cəmiyyətdən təcrid edib, İslam və müsəlmanlığın adını bu cinayətkarlıq ləkəsindən təmizləməlidir.

Bəs bir müsəlman olaraq, biz öz üzərimizdə bu öhdəliyi hiss edirikmi?


İslam.az




Yerləşdirilib:17 İyun, 2014  18:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com