Yəmən şiə qiyamçıları əsir tutduqları bütün hərbi və mülki şəxsləri azad etdiklərini bəyan ediblər.
Yəmən hökuməti və şiələr arasında silahlı mübarizə 2004-cü ildən şimal-qərbi Sada əyalətində davam edir.
Qiyamçılar hökuməti şiə azlığının hüquqlarını pozmaqda günahlandırırlar. Hökumət isə şiələri respublika quruluşunu devirib yerinə İmamət qurmaq istəməkdə ittiham edir.
Bu il fevralın 12-də tərəflər arasında sayca 8-ci atəşkəs bağlanıb.