İslam.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurası İraqda son vəziyyətlə bağlı iclas keçirib.
BMT İŞİD terrorçularının əməllərini qınayıb və İraq hökumətinin terrorizmlə mübarizəsinə dəstək ifadə edib.
Həmçinin BMT-nin humanitar qurumlarının evlərini tərk etmək məcburiyyətində qalan insanlara yardım edəcəyi bildirilib.
Lakin mütəxəssislərin fikrincə, vəziyyət heç də ürəkaçan olmayacaq. Çünki BMT-nin qərarı sözdən başqa bir yükə malik deyil. Terrorçu qruplara dəstək verən imperialist dövlətlər, loru dildə desək, bu təşkilatı heç saymır.
Vaxtilə ABŞ-ın İraqa girməməsi üçün BMT qətnamə çıxarmışdı. Amma İraq yerlə yeksan edildi. Milyondan çox insan əlil oldu, milyonlarla ailə dağıdıldı, uşaqlar başsız qaldı. BMT-nin Qarabağla 4 qətnaməsi də elə qətnamə olaraq qalır.
islam.az