POPULYARXƏBƏRLƏR

Nazir: "Meşə Qardaşları" silahlı birləşməsinin "Əbu-Bəkr" məscidində terrorçuluq əməllərində iştirak edən fəal üzvü tutularaq Azərbaycana g&

"Azərbaycanda ötən il əks-kəşfiyyat, o cümlədən hərbi əks-kəşfiyyat istiqamətində xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətlərinin vaxtında aşkarlanması, qabaqlanması və ifşa edilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilib.

2009-cu ildə xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 25 şəxs ifşa olunub, onlardan 17 nəfər barədə artıq məhkəmə hökmləri çıxarılıb". APA-nın xəbərinə görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.
Nazir deyib ki, Azərbaycanın terror təhlükəsindən müdafiəsi məqsədi ilə nazirliyin əməliyyat strukturları tərəfindən kompleks antiterror tədbirləri səngimədən həyata keçirilir: "Ardıcıl adekvat tədbirlərin görülməsi nəticəsində respublika ərazisində terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıqda təqsirləndirilən şəxs qismində 49 nəfər saxlanılmış, onlardan külli miqdarda silah-sursat və partlayıcı maddə götürülüb. Beynəlxalq terrorçuluğa qarşı tədbirlər nəticəsində ölkədə terrorçuluq aksiyaları planlaşdıran, Azərbaycan Respublikası vətəndaşlarından ibarət, radikal dini təmayüllü 31 nəfərdən ibarət qrup zərərsizləşdirilib. Eləcə də, sifarişli qətllərin həyata keçirilməsini planlaşdıran cinayətkar qrupların fəaliyyətinin qarşısı qabaqlayıcı tədbirlərlə alınıb".

E. Mahmudov qeyd edib ki, son bir neçə il ərzində MTN tərəfindən Əfqanıstan və Pakistanın nəzarətsiz ərazilərinə gedib, orada "Əl-Qaidə" terror təşkilatının və Taliblərin silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə və əməliyyatlarda iştirak etmiş Azərbaycanın bir qrup vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib: "Belə şəxslərdən 18 nəfəri barəsində cinayət işləri məhkəməyə göndərilib, 4 nəfər barəsində beynəlxalq axtarış elan olunub. Tərəfimizdən tam zərərsizləşdirilən "Meşə Qardaşları" adlı silahlı birləşmənin axtarışda olan, 2008-ci ilin avqust ayında "Əbu-Bəkr" məscidində terrorçuluq əməllərində iştirak etmiş və sonra xaricdə gizləndiyi müəyyən edilmiş fəal üzvü bu günlərdə tutularaq ölkəyə gətirilib və istintaqa təhvil verilib".


Nazir deyib ki, MTN-də narkotiklərin qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya, insan ticarəti, "çirkli pulların yuyulması", kibercinayətlər və mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində də işlər ardıcıl davam etdirilir: "Biz narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə məsələsinə bir neçə prizmadan yanaşırıq. Narkomanlığı genefondumuza ağır zərbə vuran bəla kimi qiymətləndirir və ona qarşı bütün vasitələrlə mübarizə edirik. Bu bəla nəinki dövlət orqanlarını və ictimai təşkilatları, bütün cəmiyyəti narahat etməlidir. Həm də narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən gəlirin terrorçuluğun maliyyələşməsində mühüm faktor olması daim diqqət mərkəzindədir. Ötən dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 32 transmilli mütəşəkkil cinayətkar dəstə və qrupların fəaliyyətinin qarşısı alınmış, ümumilikdə 1 ton 141 kiloqramdan artıq narkotik vasitə götürülüb. Faktlarla bağlı başlanmış 38 cinayət işi üzrə 114 nəfər istintaqa cəlb olunub. Qeyri-qanuni miqrasiya, insan alveri, saxta sənədlərin hazırlanması və istifadəsi üzrə ciddi faktlar aşkar edilmiş, cinayət təqibi həyata keçirilib. Milli sərvətlər sırasına daxil olan mədəniyyət nümunələrinin və qiymətli, xüsusən də əntiq əşyaların mənimsənilməsi və satılması, ölkədən çıxarılması niyyətlərinin qarşısı alınıb".

E. Mahmudov onu da deyib ki, 2009-cu ildə korrupsiya və iqtisadi fəaliyyət sahəsində 15 cinayət faktı aşkarlanıb.




Yerləşdirilib:24 Mart, 2010  15:25, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com