Bakı Apellyasiya Məhkəməsində "Meşə qardaşları" adlı qruplaşma yaradaraq bir sıra cinayətlər törətməkdə, o cümlədən Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" məscidində terror aktı törətməkdə təqsirləndirilən dəstə üzvləri barələrində çıxarılan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. APA-nın xəbərinə görə, hakimi Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə şikayəti təmin etməyib. Məhkəmənin qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünə əsasən Azərbaycan vətəndaşları Elnur Bəşirov 15, Qüdrət Məlikov 15, Xalid Vəlimətov 14, Ülfət Məlikov 13, Vahid Əsədov 15, Kamran Bozorgi 8, Zabit Şıxbabayev 7, Samir Babayev 8, Anar Vəlimətov 8, Fariz Məmmədov 8, Rasim İsgəndərov 8, Taleh Məhərrəmov 8, Elşən Allahverdiyev 8, Rafiq Ağacanov 6, Zaur Cəfərov 6, Azər Baxışov 6, Teymur Nərimanov 6, Musa Orucov 5, Aleksandr Nurəliyevin 5 il 6 ay, Məmməd Məmmədov 5 il 6 ay, Elxan Osmanov 6 il, Rüfət Rzayev 5 il 6 ay, Sərdar Bünyatov 5 il 6 ay, Rusiya vətəndaşı Maqomed İsayev 15, Türkiyə vətəndaşları Yamin Ali 6 il, Özdəmir Ergin 2 il müddətinə azadlıqdan məhrum ediliblər.