Livanın xarici işlər naziri Əli Şami bu gün Azərbaycanın Suriya və Livandakı fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyevi qəbul edib.
APA-nın lebanonfiles.com saytına istinadən verdiyi məlumata görə, M. Əliyev xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycana dəvət məktubunu livanlı nazirə çatdırıb.
Görüş zamanı Azərbaycan və Livan arasında ikitərəfli əlaqələr, inkişaf etdirmək yolları və aktivləşdirilməsi yolları müzakirə olunub.