Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti zati-aliləri cənab Zeynulabidin Ben Əliyə bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik teleqrammı ünvanlayıb. Bu barədə APA AzərTac-a istinadən xəbər verir.
Təbrik teleqramında deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm".