Kişilər də başa məsh çəkəndə tağ ayırmalıdırlarmı?
Adətən, qadınların dəstəmaz zamanı saçlarını ortadan tağ ayırıb məsh çəkmələri buyurulub. Amma kişinin də saçı uzun olarsa, tağ ayırmalıdır. Saçın uzun olmasının meyarı budur ki, saçı darayanda tellərin dibi başın bir tərəfində olsun, ucu isə başın başqa tərəfini örtəcək qədər uzun olsun. Məsələn, təpədən çıxan saçı darayanda sifətə tökülsün. Və ya başın qabaq hissəsində bitən tükü darayanda başın arxa hissəsini örtsün. Bu halda saçları ortadan tağ ayırıb məsh etmək lazımdır. Saç bundan qısa olarsa, adi qaydada məsh etmək kifayətdir.