Bu gün Gürcüstanın Marneuli rayonunun İmir kəndində yeni tikilmiş məscidin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Məhəmməd Məscidi" adlandırılmış müqəddəs məkanı xeyriyyəçilər inşa etdiriblər.
Məscidin açılışında Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məşədi Əli Əliyev, Kvemo-Kartli bölgəsinin qubernator müavini Hüseyn Yusifov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli iştirak ediblər.
Məscidin açılışı münasibətilə ehsan verilib.