İranın paytaxtı Tehran şəhərində partlayıcı maddələr hazırlayan 230 nəfər həbs edilib.
APA-nın "Mehrnews"a istinadən verdiyi məlumata görə, bu barədə Tehran polisinin rəis müavini, polkovnik Möhsün Xançərli açıqlama verib. O bildirib ki, Tehranda 30 ton partlayıcı və yandırıcı maddələr aşkarlanaraq götürülüb.