Əmr bil-məruf və nəhy ənil-münkəri hər zaman və hər şəraitdə etmək vacibdirmi?
Əmr bil-məruf və nəhy ənil-münkər (insanları yaxşı işlərə çağırmaq və pis işlərdən çəkin¬dirmək) İslamın vacib hökmlərindəndir. Cəmiyyətin sağlamlığı, günahların azalması xeyli dərəcədə bundan asılıdır. Həzrət Əli (ə) buyururdu ki, “insanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirməyi tərk etməyin! Əks halda pis adamlar sizə hakim olarlar. O zaman xilas olmaq üçün dua edərsiniz, amma Allah dualarınızı müstəcab etməz!” Lakin bəzi hallarda əmr bil-məruf və nəhy ənil-münkər etməməyə icazə verilir. Məsələn, əgər bunu edən adamın həyatı üçün təhlükə yaranarsa, nəsihətin heç bir fayda verməyəcəyi qabaqcadan bilinərsə, əmr bil-məruf və nəhy ənil-münkər etmək lazım deyil.