"Azərbaycan və Ermənistan razı olsa, İran Qarabağ münaqişəsini həll etməyə hazırdır". APA-nın "Mehr"ə istinadən verdiyi məlumata görə, bu sözləri İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami deyib.
O bildirib ki, İran bölgədə olan bəzi böhranların həllinə hazır olduğunu əvvəldən bəyan edib: "Azərbaycan və Ermənistan İranın regionda və dünyada olan nüfuzunu yüksək dəyərləndiriblər. Biz inanırıq ki İran Qrabağ məsələsinni danışıqlar və sülh yolu ilə həllinə nail olacaq. Hazırda münaqişənin həlli istiqamətində müəyyən işlər başlayıb".