BMT-nin Sivilizasiyalar Alyansının Katibliyinin rəhbəri Mark Şoyr Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdədi
Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, səfərin təşkilində əsas məqsəd 2011-ci ildə Bakıda Ümumdünya mədəniyyətlərarası dialoq forumunun planlaşdırılması ilə bağlı BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq imkanlarının müzakirəsidir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonağı qəbul edib. Mark Şoyrun digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.