Pakistanın Lahor şəhərində dünən həyata keçirilən terror aktları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.
APA-nın məlumatına görə, kamikadzelər tərəfindən törədilən partlayışlarda 136 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri hər iki kamikadzenin bədənlərinə ümumilikdə 10 kiloqram trotil ekvivalentində partlayıcı bağlayaraq polis idarəsinin qarşısında partlatdığını bildirirlər. Partlayış zamanı ölənlərin əksəriyyəti cümə namazı üçün məscidə gedən dinc sakinlərdir.