Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Kral Faysal Vəqfi tərəfindən verilən "Kral Faysal Beynəlxalq Mükafatı"na layiq görülüb.
APA-nın məlumatına görə, "Ərəb Nobeli" adlandırılan bu mükafata bu il 7 ölkədən 8 nəfər layiq görülüb.
"Ərəb Dili və Ədəbiyyatı" kateqoriyasında mükafata əlcəzairli professor Əbdürrahman əl Houari Harc-Saleh və livanlı professor Rəmzi Münir Baalbaki layiq görülüblər. "Tibb" kateqoriyasındakı mükafat alman professor Reinhold Ganz, kanadalı Jan Pyer Pelletye və Coan Martel- Pelleitye arasında bölüşdürülüb. "Elm" kateqoriyasındakı mükafata ABŞ-dan professor Enriko Bombieri və avstraliyalı Terens Çi-Şen Tao layiq görülüblər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "İslama xidmet" mükafatına sahib olub.