Əfv Komissiyasının iclaslarında qəsdən adam öldürənlər, narkotikə görə həbs edilənlər və belə ağır cinayətlər törədən şəxslərdən başqa bütün müraciət edən məhkumların azadlığa buraxılmasına müsbət baxıram"
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. A. Paşazadə həbsdəki jurnalistlərin də azadlığa buraxılmasının tərəfdarı olduğunu bildirib: "Mən həmişə öz sözümü deyirəm. Lakin kimin azadlığa buraxılıb-buraxılmaması dövlət başçısının səlahiyyətində olan məsələdir".