Qızlara namaz qılmaq 9 yaşından vacibdir yoxsa ilk dəfə heyz olandan sonra vacib olur?
Bütün ibadətlər, o cümlədən, namaz yetkinlik yaşından etibarən vacib olur. Bütün məzhəblərə görə, qızların yetkinlik yaşının fiziki əlamətləri ilk heyz vaxtı və qarnın aşağı hissəsində cod tüklərin bitməsi sayılır (ikinci əlamət yalnız hənəfilikdə yoxdur). Əgər bu əlamətlər görünməzsə, onda yetkinliyi yaşla hesablayırlar. Burada məzhəblərin fikri fərqlidir. Şafii və hənbəli məzhəblərinə görə qızlar 15 yaşından, maliki və hənəfi məzhəblərinə görə 17 yaşından gec olmayaraq yetkinləşirlər. Cəfəri məzhəbinə görə isə yetkinliyin fiziki əlamətləri müşahidə edilmədiyi təqdirdə qız qəməri təqvimlə 9 yaşına çatanda yetkin sayılır. Qəməri təqvımə görə ilin uzunluğu miladi təqvimdəki ildən 10-12 gün qısadır. Ona görə də, qızlar təqribən 8 il 9 ayda yetkinliyə çatırlar.
İslam.az