POPULYARXƏBƏRLƏR

Azərbaycanın Dövlət Komissiyası Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar ərəb ölkələrində tədbirlər keçirib

Ermənistanın Azərbaycana təcavüzü, Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində, Azərbaycanın bu ölkələrdəki səfirlikləri ilə birgə silsilə tədbirlər keçirib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Azərbaycanın Qətərdəki səfirliyi və komissiyanın birgə təşkilatçılığı ilə Doha şəhərində keçirilən tədbirdə Qətərdəki Azərbaycan icmasının nümayəndələri, bu ölkədə akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin Qətərdə çalışan və ölkəmizin dostları olan xeyli sayda xarici vətəndaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Eldar Səlimov ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməllləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırıb. Sonra Qətərdəki ən böyük icma olan Pakistan diasporasının rəhbəri, siyasi tədqiqatçı və yazıçı-publisist Əşrəf Sədiqi çıxış edərək dost və qardaş Azərbaycan xalqının yaşadığı faciələrdən üzüldüklərini və dövlətinin daim ölkəmizin yanında olduğunu xüsusi qeyd edib.

Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər faktoloji materiallar təqdim olunub.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə sərgi və təqdimat mərasimi təşkil edilib.
Tədbirdə Küveytin dövlət təşkilatlarının nümayəndələri, ictimai xadimlər, Küveytin aparıcı universitetlərinin müəllim-professor heyəti, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri və yerli kütləvi informasiya vasitələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və "Xocalıya Ədalət" kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirib.
Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxışında Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib.
Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər əyani vəsaitlər və "Xocalı uşaqların gözü ilə" şəkil sərgisi nümayiş etdirilib.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi də Dövlət Komissiyası ilə birgə anım mərasimi təşkil edib. Tədbiri səfir Elxan Qəhrəmanov çıxış edib.




Yerləşdirilib:5 Mart, 2010  14:36, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com