İraqın sabiq lideri Səddam Hüseynin hakimiyyəti dövründə xidmət göstərən və 2003-cü ildə Birləşmiş Ştatlar ordusunun ölkəyə müdaxiləsindən sonra vəzifələrindən azad edilən 20 000 zabit vəzifələrinə qaytarılacaq. APA-nın "Amerikanın səsi" radiostansiyasına istinadən verdiyi xəbərə görə bunu barədə İraq Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Əl-Əsgəri bildirib.
Siyasətdə müsbət bir addım kimi qarşılana bilən bu açıqlama İraqda mart ayının 7-də keçiriləcək parlament seçkilərindən bir neçə gün əvvələ təsadüf edir.
Müxalifət nümayəndələri isə belə bir addımla baş nazir Nuri Əl-Malikinin Səddam Hüseynin Bəəs partiyasından dəstək almaq istədiyini bildirirlər. Hökumət bu ittihamları rədd edir.