İran prezidenti Mahmud Əhmədinejad və onun suriyalı həmkarı Bəşər Əsəd keçirdikləri görüşdə Birləşmiş Ştatların onların münasibətlərinə qarşı olmasına baxmayaraq, ölkələri arasındakı əlaqələri daha da möhkəmləndirəcəklərini bildiriblər.
APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, İran prezidenti suriyalı həmkarı, Hizbullah və Həmas nümayəndələri ilə danışıqlar aparmaq üçün dünən Dəməşqə gəlib. Bu görüşlər Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Suriyanı İrandan uzaq durmağa çağırmasından bir gün sonraya təsadüf edir.